Useyn Bolt

Useyn Bolt
ing. Usain Bolt[1]
Doğum tarixi 21 avqust 1986(1986-08-21)[2][3][…] (37 yaş)
Fəaliyyəti yüngül atlet
usainbolt.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Useyn Bolt (21 avqust 1986[2][3][…]) — Yamayka yüngül otleti, qısa məsafəyə qaçış üzrə ixtisaslaşmış, 8 qat olimpia çempionu və 11 qat dünya çempionu, oyunları ərzində 8 dəfə dünya rekordu qeyd edilən, Qaçışda 100-9.58, 200 – 19.19 göstərici ilə dünya rekordu qazanan. Həmçinin tarixdə 100-200 metr məsafədə ən sürətli sprinteri Hüseyn Bolt Şimalı Yamaykanın Treloni vilayətinin balaca kəndi olan Şervud-Kontent-də meyvə-tərəvə dükanı sahibi Uelsli Bolt və Jennifer Boltun ailəsində anadan olmuşdur. Onun doğma dili yamayka-kreol dilidir. Dini mənsubluğu isə - xristian –katolik sayılır. Həmçinin Useynin balaca qardaşı və Şerin adında böyük bacısı var. Uşaqlıqdan o, çox aktiv uşaq olmuşdu. Onun ən sevimli oyunu- krekit idi. O, bu oyunu öz evlərinin qarşısında top əvəzinə portağalla oynayırdı. Daha sonra valideynləri onu Valdensiya başlanğıc məktəbinə qoydular. Valdensiya məktəbinin direktoru Mamra Fleş öz xatirələrində qeyd edir ki, “Hüseyn Bolt, yaxşı tərbiyəli, enerjili, həyatsevər uşaq olub. Əsas bacarığı, istedadı ingilis dilində və riyaziyyat bilməsi idi. Amma bəzən, dərsdən yayınıb oyun oynayırdı.” Elə bu yaşlarında Hüseynin kriket oyununa böyük həvəsi olmasına baxmayaraq yüngül atletika ilə məşğul olmağa başlayır. Başlanğıc məktəbi 1998-ci ildə bitirəndən sonra Uilyam Nibba adına orta məktəbə daxil olur. Kriket yarışmasında iştirakı zamanı onu yüngül atletika üzrə məşqçi Pablo Makneyl gördü. Useynin sürətli qaçışı gözündən qaçmıyan məşqçi ona kriket oyununu ataraq, yüngül atletika ilə məşğul olmağı məsləhət görür. 2001-ci ildə o, özünün yüngül atletika üzrə  ilk medalını qazandı. Yamaykada orta məktəb şagirdləri arasında keçirilən yarışda 200 metrlik məsafəni 22.04 saniyə qaçaraq 2-ci yeri tutur.

  1. Olympedia (alm.). 2006.
  2. 1 2 Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Usain Bolt // Store norske leksikon (норв.). 1978. ISSN 2464-1480

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne